Ukrayna: “Mixeil Saakaşvili ölkəyə buraxılmayacaq”

Oleq Slobodyan: Etibarsız pasport müsadirə edilir
 
"Ukrayna sərhədçiləri Mixeil Saakaşvilini etibarsız pasportla ölkəyə buraxmayacaqlar".
Bunu Ukrayna Sərhəd Xidmətinin sözçüsü Oleq Slobodyan “İnterfax-Ukraina”ya bildirib.
Onun sözlərinə görə, belə halda etibarsız pasport müsadirə edilir, həmin şəxs isə ölkə ərazisinə buraxılmır: “Belə bir şəxs gəldiyi yerə geri dönməlidir”.
Qeyd edək ki, bir müddət əvvəl Gürcüstanın keçmiş prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq başçısı Mixeil Saakaşvili sentyabrın 10-da Ukraynaya qayıdacağını vəd edib.
Xatırladaq ki, cari il iyulun 26-da Ukrayna prezidenti Pyotr Poroşenko onu ölkə vətəndaşlığından məhrum edib.