Ukrayna Krımla sərhədə ağır döyüş texnikası yeridib

Ukrayna Dövlət Sərhəd Xidmətinin rəhbəri Viktor Nazarenko bildirib ki, Kiyev bütün ehtiyatlarını, o cümlədən ağır döyüş texnikasını Krımla sərhədə toplayıb.
"İnterfaks" xəbər verir ki, Nazarenkonun sözlərinə görə, hakimiyyət yerli əhali ilə burada döyüş hazırlığının yüksəldilməsi ilə bağlı iş aparırlar. Ukraynalı məmur ölkəsinin bu istiqamətdə vəziyyətin istənilən dəyişikliyinə hazır olduğunu deyib.