​Ukrayna İsrailə diplomatik NOTA VERDİ

Baxış sayı:
7717

Muxalifet.az xəbər verir ki, Ukrayna XİN mətbuat katibi Yekaterina Zelenko ölkəsinin İsrailə nota verdiyini, notanın məqsədinin İsraildə olan və oraya səfərə gedən Ukrayna vətəndaşlarının hüquqlarını qorumaq olduğunu bildirib. Zelenko İsrailə qeyri-rəsmi yollarla getmiş Ukrayna vətəndaşlarının və onlara məxsus şirkət məlumatları barəsində onlara informasiya verilməsini xahiş etdiklərini də bildirib.
Son dövrdə hava limanlarında Ukraynadan İsrailə və İsraildən Ukraynaya göndərilən insanlarının sayının artması ilə iki ölkə arasında tətbiq edilən vizasız rejimin təkrar nəzərdən keçirilməsi qərara alınıb.
İsraildən geri qaytarılan ukraynalıların sayının Ukraynadan geri qaytarılan israillilərin sayından beşqat artıq olması notanın verilməsinin ilkin səbəbi hesab olunur.
Ötən günlərdə İsrail 140 nəfər Ukrayna vətəndaşını hava limanında gözlətmiş və bunun səbəbinin 35 nəfər İsrail vətəndaşının Ukraynaya buraxılmamasını da bunun səbəbi olaraq göstərmişdi.