Saakaşvilinin tərəfdarları Kiyevdə Oktyabr sarayını ələ keçirib - CANLI YAYIM

Baxış sayı:
2932

Gürcüstanın sabiq prezidenti, Yeni Qüvvələr Hərəkatı Partiyasının lideri Mixeil Saakaşvilinin tərəfdarları Kiyevin mərkəzində yerləşən Oktyabr sarayına hücum çəkib.
"RİA Novosti" agentliyinin verdiyi məlumata görə, aksiyaçılar saraya daxil olublar.
Saakaşvilinin tərəfdarları Milli Qvardiyanın hərbçilərinin müqavimətini qırıb, Oktyabr sarayının giriş qapısını sındıraraq saraya daxil olublar. Milli Qvardiya əməkdaşları aksiyaçılara yanğınsöndürmə vasitələri ilə müdaxilə etmək istəsələr də, bu, nəticəsiz qalıb.
 
*** 17:32
 
"Poroşenko ilə yalnız onun istefası barədə danışmağa hazıram" - SAAKAŞVİLİ
 
Gürcüstanın sabiq prezidenti, Yeni Qüvvələr Hərəkatı Partiyasının lideri Mixeil Saakaşvili Ukrayna prezidenti Petro Poroşenko ilə yalnız onun istefası barədə danışmağa hazır olduğunu bəyan edib.
"RİA Novosti" agentliyinin verdiyi məlumata görə, M. Saakaşvili bu gün Azadlıq (Maydan) meydanında keçirilən aksiyada P. Poroşenkoya barışıq təklif etmədiyini bir daha bildirib.
M. Saakaşvili səmimi insanları onun P. Poroşenko ilə razılaşması barədə xəbərlərə inanmamağa çağırıb: "Mən, canlı Saakaşvili sizin qarşınızdayam. Biz danışıqlara hazırıq, ancaq biz yalnız  onun istefası barədə danışa və razılaşa bilərik. Ukrayna xalqının ləyaqətinin bərpası üçün onun istefa barədə danışmağımız mümkündür"(apa).

*** 15:46
Ukrayna hökumətinə qarşı Saakaşvili marşı - - CANLI YAYIM

Xəbər verdiyimiz kimi, dekabrın 17-də Mixeil Saakaşvili Poroşenko hökumətindən narazıları Kiyevdəki məşhur Maydana çağırıb.
 
Hazırda bu aksiya başlayıb. "İmpiçment marşı" adlandırılan və hədəfi Ukrayna hökumətinin istefası olan yürüş - mitinq Mixael Saakaşvilinin facebook səhifəsindən canlı yayılır.