​Ukrayna erməni nazirin oğlunun evində axtarış aparır

Ukraynanın Antikorrupsiya Bürosu Daxili İşlər naziri Arsen Avakovun oğlu Aleksandrın evində axtarış aparır.
Bu barədə informasiyanı Ukrayna mətbuatı yayıb. Mətbuat yoxlamaların Ukrayna Daxili İşlər Nazirliyinin Milli Qvardiyası üçün çantaların alınması zamanı fırıldaqçılığa yol verilməsi iddiası əsasında aparıldığını bildirib. Belə ki, məhz Aleksandr Avakovun yaxın olduğu şirkətin bu fırıldaqçılıqda iştirak etdiyi vurğulanıb.
Qeyd edək ki, Arsen Avakov Bakı ermənisidir.