Ukrayna bir qəsəbəni İŞĞALDAN AZAD ETDİ - VİDEO

Ukrayna ordusu Donetskdə işğal altında olan qəsəbəni azad edib.
 
Bu barədə Ukrayna Baş Qərargahının Feysbuk hesabında məlumat verilib.
"Ukrayna silahlı qüvvələri Pikuzi (Volnovaxski rayonu) qəsəbəsində 1000-1500 metrə qədər müvəffəqiyyətlə hücum reallaşdırıb. Hücum zamanı 10 rus separatçısı məhv edilib. Ukrayna tərəfindən itki yoxdur".
Qeyd edək ki, Minsk razılaşmasına əsasən, Mariupol istiqamətində bu ərazilər Kiyevin nəzarəti altında olmalıdır.