Ukrayna Azov dənizində hərbi-dəniz bazası yaradacaq – İlin sonuna qədər

Baxış sayı:
3985

Kiyev cari ilin sonuna qədər Azov dənizində hərbi-dəniz bazası yaratmaq niyyətindədir.

«Berdyanskdə Ukrayna hərbi-dəniz qüvvələrinin (HDQ) iki artilleriya-zirehli kateri suya buraxılıb. İlin sonuna qədər isə Azov dənizində hərbi-dəniz bazası yaradılacaq» – deyə, Ukrayna nazirlər kabineti rəsmi nümayəndəsinin «Feysbuk» səhifəsində xəbər verilir.

Bundan əvvəl Ukraynanın milli təhlükəsizlik Şurası Azov dənizindəki sahil-mühafizə bölmələrinin raket silahları ilə təmin olunası barədə tapşırıq verib.

Bununla bərabər, USQ quru qoşunları komandanı, general-polkovnik Sergey PopkoAzovdakı ordu qruplarının artırılacağını bəyan edib. Bundan başqa, ölkənin infrastruktur nazirinin müavini Yuri Lavrenyukun məlumatına görə, Azov dənizinə əlavə olaraq, iki zirehli kater göndərilib.