Ukrayna ABŞ-la birləşir: Rusiyaya qarşı ittifaq

Kiyev ABŞ-la Donbasa qarşı hərbi ittifaq yaratmaq niyyətindədir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin rəhbərinin müavini Frants Klintseviç deyib.
O bildirib ki, Rusiya bu ittifaqa qarşı lazımi tədbirlər görəcək:
“Ukrayna Xarici işlər naziri Pavel Klimkin Vaşinqtondan aldıqları silahlar qarşılığında Kiyevin amerikalılara “Ruslarla mübarizə üsulu” adlı yardımlaşma kampaniyası təşkil edəcəyini bildirib. Bu sözlər xülyadır. Üstəgəl ABŞ-ın buna reaksiyası hələ ki, bəlli deyil. Ukraynanın indiki hakimiyyəti ilə danışıqlar aparmaq qeyri-mümkündür. Lakin tərəflər onu da bilməlidilər ki, Rusiya bu məsələni kənardan müşahidə etməyəcək”.
Senator onu da əlavə edib ki, Kreml hər zaman münaqişələrin sülh yolu ilə həllinin tərəfdarıdır.