Ukrayna, ABŞ-dan hava müdafiə sistemləri almaq istəyir

Baxış sayı:
2455

 Ukraynanın dövlət başçısı Pyotr Poroşenko CNN efirində, ABŞ hava müdafiə sistemlərini satın almaq istədiklərini açıqlayıb.
 
Poroşenko, bu cür silahların "Rusiyanın hava gücünü də istifadə edərək edəcəyi əhatəli bir hücum təhdidinin qarşısını almağa yardımçı olacağını və həmçinin, ABŞ hava müdafiə sistemlərinin satın alınmasının qlobal təhlükəsizliyin təmin olunmasına da yardımçı olacağını bildirib.
 
HƏRBİ ƏMƏKDAŞLIĞIN RƏMZİ BAŞLANĞICIDIR
 
Poroşenko həmçinin, Javelin tank əleyhinə komplekslərinin Ukraynaya təhvil verilməsinin Kiyev və Vaşinqton arasındakı hərbi əməkdaşlığın rəmzi başlanğıcı olduğunu qeyd edib.
Qeyd edək ki, daha öncə, Ukrayna lideri, parlamentdə etdiyi çıxışında, ölkənin yüksək dəqiqlikli raket silahları satın almaq niyyəti olduğunu açıqlamışdı. Poroşenko həmçinin, Kiyevin silahla təmini məsələsində ABŞ ilə əməkdaşlıq etməyə davam edəcəyini də bildirib.
Müxalifət.az