​Ukrayna 8 yüksək rütbəli rusiyalını axtarışa verdi

Baxış sayı:
5836

Ukraynanın Cənub regionun hərbi prokurorluğu Kerç boğazında yaşanan insident səbəbilə 8 Rusiya vətəndaşı haqqında axtarış elan edib.
Muxalifet.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun saytında məlumat yayılıb.
Bildirilib ki, axtarılanlar FTX-nin Sərhəd Xidmətinin rəisi, kontur-admiral Sergey Stankeviç, xidmətin rəhbər köməkçisi vitse-admiral Gennadi Medvedyev, Regional Xidmət İdarəsinin sədri, birinci dərəcəli kapitan Ruslan Romaşkindir.
Bundan əlavə, rusiyalı kapitanlar Andrey Şein, Aleksey Şatoxin, Aleksey Salayev, Andrey Şpiçin və Sergey Şerbakov da axtarış siyahısındadır.