"Uğurlarım həyat tərzimin və zəhmətimin nəticəsidir” - RONALDO

Baxış sayı:
1567

"Yuventus"un futbolçusu Kriştiano Ronaldo karyerası haqda danışıb.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı hücumçu fiziki cəhətdən oynamaq üçün hazır olmadığını görəndə futbolla vidalaşacağı deyib: "Bir neçə il əvvəl futbolçular 32-34 yaşlarına qədər oynayırdılar. Amma indi 40 yaşlı futbolçuları meydanda görə bilərsiniz. Bədənim meydançada düzgün işləməyəndə futboldan gedəcəm ".

Portuqaliyalı oyunçu hansısa kinoda rol almaq istədiyini də söyləyib: "Uğurlarım həyat tərzimin və zəhmətimin nəticəsidir. Fiziki və əqli cəhətdən daha yaxşı olmaq üçün çalışıram. Futboldan ayrıldıqdan sonra da məşqimi davam etdirmək niyyətindəyəm. Ümid edirəm ki, daha çox şey öyrənmək, müxtəlif sınaqlardan keçmək üçün 50 ildən çox yaşayacağam. Qarşıma qoyduğum məqsədlərdən biri də filmə çəkilməkdir. Həmişə yeni bir şey öyrənməyi məsləhət görürəm. Mən daim buna görə, təhsil üçün çalışıram. Çünki bu, özümə ünvanladığım suallarıma cavab verir