UEFA Türkiyə mediasının yaydığı xəbəri təkzib etdi

Baxış sayı:
360

UEFA Türkiyə milli komandasının “Avro-2020”nin Albaniyaya qarşı matçında vurulan qoldan sonra yerli futbolçuların əsgər salamı verməsi ilə bağlı araşdırma aparılacağı barədə iddiaları təkzib edib.

"Habertürk" xəbər verir ki, oyunun 90-cı dəqiqəsində Cenk Tosunun qələbə qolundan sonra türk futbolçular Suriyada keçirilən hərbi əməliyyatda ordularına dəstək olaraq əsgər salamı veriblər və UEFA-nın mətbuat katibinin adından bu hadisə barədə açıqlama yayılıb. Belə ki, “Mən bu hərəkətdə hər hansı bir təxribat görmədim. UEFA qaydalarına görə siyasəti və dini futbola qatmaq qadağandırmı? Bəli və mən təminat verə bilərəm ki, biz bu məsələni araşdıracağıq” – deyə UEFA-nın mətbuat katibi Filipp Taunsend İtaliyanın ANSA agentliyinə bildirib.

Lakin UEFA bu məsələ ilə bağlı araşdırma aparmayacağını bəyan edib. "Xarici mediada UEFA nümayəndəsinə istinadən yayılan şərhlər həqiqəti əsk etdirmir" - deyə bildirilib./Publika.az