​UEFA Ronaldunu istintaqa cəlb etdi

Baxış sayı:
5203

UEFA çempionlar liqası çərçivəsində “Valencia” ilə oyunda qırmızı vərəqə alan “Yuventus”un ulduz futbolçusu Kriştianu Ronaldu haqqında istintaqa başlayıb.
Muxalifet.az xəbər verir ki, “Yuventus”un 2-0 qalib gəldiyi oyunun 29-cu dəqiqəsində qırmızı vərəqə göstərilən 33 yaşlı futbolçu haqqında qərar 27 sentyabr tarixində keçiriləcək iclasda müzakirə ediləcək.
Qırmızı vərəqə alan Ronaldu ən azı 1 oyunda iştirak etməyəcək. Istintaqdan sonra isə cəza artırıla bilər.
Qeyd edək ki, Ronaldu “Valencia”nın oyunçusu Ceyson Murillonun yıxılmasından sonra rəqibinə verdiyi reaksiyaya görə qırmızı vərəqə ilə cəzalandırılıb.