​UEFA RAMOSU CƏZALANDIRA BİLƏR

Baxış sayı:
3346

"Real"ın kapitanı Serxio Ramos Çempionlar Liqasının yarımfinal oyununu buraxa bilər.
Qol.az-ın məlumatına görə, buna səbəb müdafiəçinin UEFA-nın qaydalarını pozmasıdır.
Cəzalı durumda olduğundan "Yuventus"la ötən gün keçirilən matçı tribunadan izləməli olan Ramos qarşılaşmanın son dəqiqələrində aşağı düşərək texniki zona yaxınlığında komanda yoldaşlarına dəstək verib. Bu isə UEFA-nın reqlamentinə ziddir.
Qeyd edək ki, İspaniya millisinin üzvü 1/4 finalın "Yuventus"la ilk görüşündə cəzalı duruma düşmüşdü.