​UEFA "Qarabağ" və "Qəbələ"yə əlavə VƏSAİT AYIRDI

 
Vəsait AFFA-nın vasitəçiliyi ilə hər iki klubun hesabına köçürülüb
UEFA 2016/2017-ci il mövsümündə Avropa Liqası turnirində əldə olunmuş əlavə gəlirdən "Qarabağ" və "Qəbələ" klublarına vəsait ayırıb.
AFFA-nın verdiyi məlumata görə, bu klublar müvafiq olaraq, 294 452 avro və 294 344 avro qazanıblar. Vəsait AFFA-nın vasitəçiliyi ilə müvafiq qaydada “Qarabağ” və “Qəbələ” klubunun hesabına köçürülüb.
Qeyd edək ki, hər iki klub ötən mövsüm Avroliqanın qrup mərhələsində mübarizə aparıb.