​UEFA PSJ klubunu cərimələdi

Baxış sayı:
3166

UEFA-nın intizam komitəsi Çempionlar Liqasının 1/8 finalında PSJ-nin “Real” (1:2) ilə cavab görüşü zamanı fransız azarkeşlərin davranışına görə PSJ klubunu cərimələyib.
Muxalifet.az xəbər verir ki, UEFA-nın PSJ-yə cərimə tətbiqi fanatların alov şousu ilə bağlıdır. Azarkeşlər azı 150 fayerdən istifadə ediblər ki, nəticədə oyun iki dəqiqə dayandırılıb. Onlar, həmçinin, lazer fənərlərindən istifadə ediblər.
PSJ klubu isə təhlükəsizlik qaydalarını pozub – stadionda zəif nəzarət olub, qəza çıxışı bağlı olub.
UEFA Avropa Kubokunun növbəti matçlarında PSJ-nin fanat tribunasını bağlamaq barədə də qərar verib.