UEFA-nın ayırdığı vəsait "Qarabağ”ın hesabına köçürüldü - 981 MİN AVRO

Baxış sayı:
6109

UEFA-nın 2017/2018 mövsümündə Çempionlar Liqasında iştirakçısı kimi “Qarabağ”a ayırdığı vəsait klubun hesabına köçürülüb.

AFFA xəbər verir ki, UEFA Klub Yarışlarının Keçirilməsi Komitəsinin 6 iyul 2017-ci il tarixli, 38 saylı məktubuna uyğun olaraq, 981 min avro vəsait milli assosiasiyanın vasitəçiliyi ilə “Qarabağ”a ödənilib.