​UEFA İcraiyyə Komitəsində MALİYYƏ YEYİNTİSİ - 2 milyon avro

Baxış sayı:
2641

Ukrayna Futbol Federasiyasının (FFU) sabiq prezidenti və UEFA İcraiyyə Komitəsinin üzvü Qriqori Surkis 2 milyon avronu israf etməkdə şübhəli bilinir.
Muxalifet.az xəbər verir ki, Avropa futbol qurumu bu vəsaiti ölkədə futbolun inkişafına ayırıb. Lakin Q.Surkis və onun müavini Aleksandr Bandurko həmin pulları Kiyev yaxınlığında milli komanda üçün bazanın tikintisinə sərf edib. Lakin bu layihə hələ də ərsəyə gəlməyib.
FFU-nun hazırkı rəhbərliyi məsələ ilə bağlı araşdırmalar aparır.