UEFA-dan yeni turnir! 2021-də başlayır.

Baxış sayı:
3244

Avropa Klublar Birliyinin sədri (ECA) Andrea Angelli, UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası ilə yanaşı, üçüncü bir turnirin də oynanılacağını bildirib.
 
Eyni zamanda, “Juventusun” da sədri olan Andrea Agnelli, "UEFA ilə danışıqlarımız başa çatır. Avropada üçüncü bir kubok hazırlanır" deyib.
 
96 KOMANDAYLA 2021-də BAŞLAYIR
 
Avropa mətbuatında yer alan xəbərlərdə, Çempionlar Liqasındakı komanda sayının eyni qalacağı, UEFA Avropa Liqasındakı komanda sayının isə 48-dən 32-yə endiriləcəyi qeyd olunub.
Yeni turnirin 96 komandayla keçiriləcəyi və 2021/22 mövsümündən etibarən oynanmaya başlayacağı qeyd olunub.
Müxalifət.az