​UEFA-dan millimizə şad xəbər: 50 faiz artırıldı

Baxış sayı:
4711

UEFA Millətlər Liqasının iştirakçıları üçün mükafatlar artırılıb.
Muxalifet.az xəbər verir ki, qurum turnirdə iştirak edən ölkələrin məbləğlərini 50 faiz artırıb.
UEFA A, B, C və D liqalarında yer alan yığmalara müvafiq olaraq, 2.25 milyon avro, 1,5 milyon avro, 1,12 milyon avro və 750 min avro (əvvəlki məbləğlər - 1,5 milyon avro, 1 milyon avro, 750 min avro və 500 min avro) ödəyəcək. Bütün liqalarda qrupda birinci yeri tutan komandalar öz mükafatlarını ikiqat artırmış olacaqlar.
2019-cu ilin iyununda A liqasının qrup qalibləri arasında təşkil olunacaq final mərhələsi üçün mükafat artırılıb. Çempion komanda 6 milyon avro, finalçı 4,5 milyon avro, 3-cü yerin sahibi 3,5 milyon avro, 4-cü yer isə 2,5 milyon avro (əvvəlki məbləğlər - 4,5 milyon avro, finalçı 3,5 milyon avro, 3-cü yerin sahibi 2,5 milyon avro, 4-cü yer isə 1,5 milyon avro) əldə edəcək.