UEFA-dan Azərbaycanla bağlı SƏHV: Naxçıvan Ermənistan ərazisi kimi göstərildi - Foto

Baxış sayı:
4396

Ali futbol qurumu olan UEFA Azərbaycanla bağlı səhvə yol verib.
Muxalifet.az Unikal.org-a istinaden xəbər verir ki, UEFA-nın rəsmi saytında 2020-ci ildə futbol üzrə Avropa çempionatının final mərhələsinin keçiriləcəyi 13 ölkə, o cümlədən Azərbaycan xəritədə təqdim edilib. Amma həmin xəritədə Naxçıvan Ermənistanın ərazisi kimi qeyd edilib.
Qeyd edək ki, 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək final mərhələsinə Azərbaycan, İngiltərə, Macarıstan, Almaniya, Danimarka, İrlandiya, İspaniya, İtaliya, Hollandiya, Rusiya, Rumıniya və Şotlandiya ev sahibliyi edəcək. Bakı Olimpiya Stadionunda qrup mərhələsinin 3, 1/4 final mərhələsinin isə 1 oyunu keçiriləcək.