​UEFA Cocuq Mərcanlı ilə bağlı layihəni təsdiqlədi

UEFA-nın Uşaq Fondu (UEFA Children Foundation) AFFA-nın Cocuq Mərcanlıdakı uşaqlarla bağlı “Brave Hearts” (Cəsur ürəklər) adlı layihəsini təsdiqləyib.
Muxalifet.az xəbər verir ki, layihəyə əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 3 gün ərzində fərdi inkişaf treninqləri, futbol turniri, müxtəlif əyləncələr təşkil olunacaq, 3 ayda bir dəfə olmaq şərtilə mini-turnir keçiriləcək. Layihə çərçivəsində Cocuq Mərcanlı kəndinin sakinlərinə idman ləvazimatları təqdim olunacaq.