UEFA Çempionlar Liqasında mövsümün ən yaxşı 10 qolu - VİDEO

Baxış sayı: 118

Birinci yeri Mario Mancukiçin finalda Reala vurduğu qol tutub
 
UEFA-nın sıralarında Deyan Stankoviç, Aleks Ferqyüson və İoann Lupesku kimi mütəxəssilərin də yer aldığı texniki müşahidəçilər komandası Çempionlar Liqasında 2016/17-ci illər mövsümünün ən yaxşı 10 qolunu seçib.
Bu barədə qurumun saytında məlumat yerləşdirilib.
Reytinqdə birinci yerə "Yuventus"un xorvat hücumçusu Mario Mancukiçin finalda "Real"ın qapısına aşırma zərbə ilə vurduğu qol layiq görülüb.
10 ən yaxşı qolun tam siyahısı:
1. Mario Mancukiç ( "Yuventus" - "Real"),
2. Karlos Kazemiro ( "Real" - "Napoli"),
3. Tomas Deleyni ( "Kopenhagen" - "Brügge"),
4. Aryen Robben ( "Bavariya" - "Arsenal"),
5. Qonsalo İquain ( "Monako" - "Yuventus"),
6. Məsut Ozil ( "Ludoqorets" - "Arsenal"),
7. Qrizmann ( "Atletiko" - "Rostov"),
8. Dani Alveş ( "Yuventus" - "Monako"),
9. Kriştianu Ronaldu ( "Real" - "Sportinq"),
10. Aleksis Sançes ( "Arsenal" - "Ludoqorets").