UEFA Çempionlar Liqası: “Qarabağ” növbəti mərhələdə - YENİLƏNDİ

Baxış sayı:
1126

Dani Kintana əsas vaxta əlavə olunmuş 4-cü dəqiqədə matçda son nöqtəni qoyur - 2:0. Beləliklə, Tiranadakı ilk matçda qolsuz bərabərliyə razılaşan Qurban Qurbanovun komandası növbəti mərhələyə yüksəlib.

***
22:08

"Qarabağ" 51-ci dəqiqədə hesabı açır. Komandamızın heyətində Filip Ozobiç fərqlənir - 1:0.

***
21:00

"Qarabağ"-"Partizani" matçı başladı.

***
20:04

"Qarabağ" və Albaniyanın "Partizani" komandalarının Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək cavab oyunu üçün start heyətləri açıqlanıb.
Komandalar "Dalğa Arena"da keçiriləcək matça aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
"Qarabağ": 13. Vaqner Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 3.Ailton Silva, 8. Miçel, 20. Riçard Almeyda, 19. Filip Ozobiç, 17. Abdullah Zubir, 7. Araz Abdullayev, 9. Xayme Romero
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 10. Dani Kintana, 11. Mahir Əmrəli, 21. Hacıağa Hacılı, 30. Abbas Hüseynov
"Partizani": 12. Alban Hoca, 2. Eqzon Belitsa, 7. Eraldo Çinari, 10. Yasir Asani, 9. Teofilus Solomon, 17. Bruno Teluşi, 20. Esat Mala, 22. Lyabinot İbrahimi, 23. Esin Hakay, 26. Vilyam Kordeyro, 33. Eneo Bitri
Ehtiyat oyunçular: 1. Daşamir Cika, 4. Ron Broy, 19. Lorents Traşi, 38. Kristi Kote, 66. Cozef Ekuban, 99. Brayan Braun, 90. Emmanuel Mensa
Qeyd edək ki, oyun 21:00-da başlayacaq.