UEFA azərbaycanlı futbolçunun qolunu hesaba almadı

Baxış sayı:
1930

Dünən Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində doğma meydanda Farer adalarını 2:0 hesabı ilə məğlub etdi.

Bakı Olimpiya Stadionunda keçirilən oyunda vurulmuş ilk qolunun müəllifi UEFA tərəfindən dəyişdirilib. Belə ki, Dmitri Nazarovun zərbəsindən sonra tora daxil olan top onun adına yazılmayıb. UEFA nümayəndəsi tərəfindən protokolda edilən dəyişikliyə əsasən, bu top avtoqol kimi qeydə alınıb.

Qeyd edək ki, 18-ci dəqiqədə Dimitri Nazarovun zərbəsindən sonra top Farer adalarının müdafiəçisi Raqnar Nattestada dəyərək, qapıya daxil olmuşdu. Görüşdəki ikinci qolun müəllifi isə “Qarabağ”ın hücumçusu Mahir Mədətov olub.