​UEFA: Azərbaycan-Ermənistan təcrübəsi Kosovo və Serbiya futbol yığmalarına da tətbiq oluna bilər

Futbol üzrə Azərbaycan və Ermənistan milli komandaları arasında həyata keçirilən təcrübə, Serbiya və Kosovo milliləri arasında da tətbiq oluna bilər.
"Report" xəbər verir ki, bunu UEFA-nın müvəqqəti baş katibi Teodor Teodoridis bildirib.
Onun sözlərinə görə, zərurət yaranacağı təqdirdə Serbiya və Kosovo komandaları barədə tədbir görüləcək.
"Bizdə belə təcrübələr tez-tez olur. Milli yığma turnirlərinin püşkatmaları elə keçirilir ki, Ermənistan və Azərbaycan bir qrupda oynamasınlar, hazırda eyni şey Ukrayna və Rusiya arasında tətbiq olunur. Zərurət yaranacağı təqdirdə müvafiq komitə müvafiq tədbirlər görəcək", - deyə Teodoridis jurnalistlərə bildirib.