UEFA AVRO-2020-nin təxirə salınması üçün 302 milyon avro istəyir

Baxış sayı:
4842

UEFA Avropa çempionatının təxirə salınması üçün klublardan və liqalardan 275 milyon funt sterlinq (302 milyon avro) tələb edəcək.

"The Athletic" xəbər verir ki, qurum AVRO-2020-nin 2021-ci ilə təxirə salınma ehtimalını nəzərdən keçirir.

Qeyd edək ki, UEFA bu gün 55 milli assosiasiyanın iştirakı ilə videokonfrans keçirəcək və turnirlə bağlı qərar veriləcək. AVRO-2020 12 iyun - 12 iyulda Avropanın 12 şəhərində təşkil olunmalıdır. Onlar arasında Bakı da var. A qrupunun 3 oyunu, 1/4 final mərhələsinin 1 matçı isə Bakı Olimpiya Stadionunda keçirilməlidir.