​Ucuz ətin növbəsi

Baxış sayı:
12493

Türkiyədə son dövrlər meyvə və tərəvəzin bahalaşması ilə yanaşı, ətin də qiyməti qalxıb. Əhali ucuz ət ala bilmək üçün mağazaların qarşısında saatlarla növbəyə durmalı olur.
Virtualaz.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, belə növbələrdən biri Sivas bölgəsində, Sularbaşı məhəlləsində Ət və Süd İstehsalı İdarəsinə məxsus satış mağazasının qarşısında yaranıb. Sivas sakinləri kiloqramı 10 lirə ucuza satılan əti əldə etmək üçün səhər tezdən mağazanın qarşısına toplaşıblar.
Burada nisbətən ucuz satılan farşın kiloqramı 32 lirə, tikə ətin kiloqramı isə 35 lirəyə təklif olunur.