Ucqar kənddə Rəsulzadənin xatirəsinə bulaq tikildi - FOTO

Yardımlı rayonunun ucqar kəndlərinin birində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmiş Məmmədəmin Rəsulzadənin xatirəsinə bulaq kompleksi tikilib.
 
 BakuPost.az xəbər verir ki, bulağı həmin kəndin müəllimi öz həyətində inşa edib. Daşdan qurulan abidənin üzərində Rəsulzadənin şəkli əks etdirilib və onun XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarına çevrilən "Bir kərə yüksələn bayraq, bir daha enməz!" sözləri yazılıb.
 Bulağın fotolarına baxdıqda təxmin etmək olur ki, bu işi həmin müəllim hansısa memara, mütəxəssisə gördərməyib, özü ərsəyə gətirib.
Bulağın fotosunu Xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı sosial şəbəkələrdəki hesabında paylaşıb.