Üçlü Zirvədən sonra Rusiyadan kritik həmlə!

Baxış sayı:
3004

Rusiyanın BMT-dəki daimi nümayəndəliyi, Rusiyanın prezident Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Həsən Ruhaninin iştirakı ilə keçirdiyi Tehran Zirvə toplantısından sonra, BMT Təhlükəsizlik Şurasının fövqəladə iclasının çağrılmasını tələb etdiyini açıqlayıb.
 
Nümayəndəlik, bu toplantı sentyabrın 11-də Moskva saatıyla 18:00-də reallaşacağını bildirib.
Rusiyanın BMT daimi nümayəndəliyi bunları bildirib:
“Rusya-İran-Türkiyə" sammiti nəticəsində Rusiya bəzi Təhlükəsizlik Şurası üzvləri tərəfindən göstərilən maraqlar nəzərə alınaraq BMT Təhlükəsizlik Şurasının açıq iclasının çağrılmasını tələb edib.
Bizim davranışımız terrorçuların böyük əksəriyyətinin yerləşdiyi İdlibdəki vəziyyətin böyük diqqət çəkməsinə yönəlik mövqeyimizlə izah oluna bilər.
Suriya ərazilərində terrorçularla mübarizənin tamamilə yox olana qədər davam etməsinin və dinc əhalinin terror təhdidindən təmizlənməsinin bütün dünyanın təcili vəzifəsi olduğunu bir daha qeyd edirik".
Müxalifət.az