Üçlü Zirvə öncəsi Rusiyadan S-400 açıqlaması

Baxış sayı:
6055

Rusiya hərbi-texniki əməkdaşlıq xidməti FSVTS-nin sədri Dmitri Şugayev, Türkiyəyə Rusiya istehsalı hava müdafiə sistemi S-400 batareyalarının təhvilinin planlaşdırdığı kimi 2019-da ediləcəyini bildirib.
 
Rus səlahiyyətli, "S-400-lərin təhvili 2019-ci ilin ortasında həyata keçiriləcək" - deyib.
S-400 batareyalarının Türk tərəfinə əvvəlcə 2020-də təslim edilməyə başlanması planlaşdırılırdı. Lakin Rusiya rəsmiləri, Türkiyənin tələbi ilə təhvil tarixini erkənə aldıqlarını söyləmişdi.
İstifadədə olan ən yaxşı hava müdafiə sistemlərindən biri olaraq göstərilən S-400, insanlı və ya insansız hər cür hava vasitəsi ilə yanaşı, həm kruz, həm də ballistik raketləri məhv edə bilir.
Maksimum mənzili 400 kilometrdir, çatdığı ən yüksək hündürlük də 30 kilometr olan bu sistem həmçinin, hər hədəfə iki raket kilidləyərək, eyni zamanda 80 hədəfi vura bilir.
Təhvil verildiyi andan Türkiyə S-400 batareyalarına malik ilk NATO ölkəsi olacaq.
Müxalifət.az