Üçlü zirvə görüşü Tel Rifat ƏMƏLİYYATINA DAMĞA VURACAQ

Baxış sayı:
6847

Türkiyə prezidenti Ərdoğanın Rusiya və İran liderləri ilə sabah Ankarada baş tutacaq zirvə toplantısının əsas gündəm maddəsi Suriya olacaq. Astana görüşündən sonra prosesin dəyərləndiriləcəyi zirvədə ortaya çıxacaq olan yol xəritəsi, Türkiyənin Tel Rıfata planlaladığı əməliyyata da yön verəcək
 
Üçlü Zirvə Tel Rifatın “Zeytun Budağı” əməliyyatının yeni mərhələsi kimi nəzərdə tutulan əməliyyatının planlaşdırılmasına yön verəcək. PYD / YPG nəzarəti altında olan Tel Rifat bölgəsində Rus Ordusuna və Əsədə aid olan qüvvələr var. TSQ-nın və ASO-nin Afrində keçirdiyi əməliyyatdan narahatlığını gizlətməyən İran, Tel Rıfat əməliyyatına da müsbət yanaşmır.
Tel Rifatın cənubundakı Aleppo əyalətində İranlı şiə milisləri və Əsəd gücləri yerləşir. İranlı milislər, TSQ və ASO-nun cənuba doğru irəliləməsinin qarşısını almaq üçün zaman-zaman PYD / YPG-ni dəstəklədi. TSQ, Tel Rıfatda hava əməliyyatlarıyla bu hücuma cavab verərək, nəzarətin təmin edilməsi yönündəki qətiyyətini ortaya qoydu.
Afrində nəzarət təmin olunandan dərhal sonra TSQ və ASO əsgərləri Tel Rifatın sərhədlərinə yerləşdilər, lakin mərkəzin tutulması üçün əməliyyatlara başlamadılar. Tel Rıfata “Zeytun Budağı” hərəkatının genişləndirilməsi kontekstində əməliyyata Ankaradakı üçlü zirvədən sonra başlanılacağı bildirilir. Tel Rıfat nəzarət altına alınmadan “Zeytun Budağı” Hərəkatının hərbi və siyasi məqsədləri baxımından əskik qalacağaı düşünülür.
Müxalifət.az