UCARDA “QAZ TERRORÇULARI” - Gecə qazı söndürüb, səhər açırlar… / SAKINLƏRDƏN PREZİDENTƏ MÜRACİƏT

Baxış sayı:
1343

“Ucar Qaz İdarəsinin qəza xidməti rəisi Seymur Məmmədov hallı olduğu üçün qazı yüksək təzyiqlə verdiyindən, 2 nəfərin evi yanıb külə dönüb, çoxlu sayda evlərdə qaz cihazları sıradan çıxıb”

Ucar rayonunun bir qrup sakini tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edən sakinlərin məktubunu olduğu kimi dərc edirik:
“Biz, bu müraciətin müəllifləri olan Ucar rayon sakinləri Prezident İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban xanım Əliyevadan və "Azəriqaz" İstehsalat Birliyinin sədri Ruslan Əliyevdən xahiş edirik ki, özbaşınalıqla məşğul olan Ucar rayon Qaz İdarəsinin rəisi İkram Məhərrəmovun və qəza xidmətinin rəisi Seymur Məmmədovun barəsində təcili tədbirlər görsünlər. Əks təqdirdə, rayonda hər gün vətəndaşlara məxsus evlər yanıb kül olacaq.
"Azəriqaaz" İstehsalat Birliyinin Ağsu Regional Qaz İstismarı İdarəsinin Ucar Xidməti sahəsinə 17 dekabr 2020-ci il tarixdə İkram Məhərrəmovu rəis vəzifəsinə təyin ediblər. Bu adam rəis vəzifəsinə təyin olunan kimi ilk işi qazı məhdudiyyətlə vermək və şişirdilmiş sərfiyat qəbzlərini evlərə göndərmək oldu. Qazın təzyiqi azaldılır, bir neçə saatdan sonra isə qəfil çoxaldılır. Nəticədə də 8 yanvar 2021-ci il tarixdə Ucar şəhərində 2 nəfərə məxsus ev tamamilə yanaraq kül oldu, çoxlu sayda vətəndaşın evində qazla işləyən qızdırıcı qurğular partlayıb sıradan çıxıb.
Ucar Qaz İdarəsinin qəza xidməti rəisi Seymur Məmmədov narkotik maddə qəbul edir. 08 yanvar 2021-ci il tarixdə idarənin anbarına gedərək növbətçi Aydən Məmmədovu Bərgüşad kəndinə iş üçün göndərib, özü isə növbətçinin yerində oturub narkotik qəbul edib. Saat 19-30 da hallı olduğu üçün qazı yüksək təzyiqlə verdiyindən, 2 nəfərin evi yanıb külə dönüb, çoxlu sayda evlərdə qaz cihazları sıradan çıxıb. Rəis İkram Məhərrəmov və qəza rəisi Seymur Məmmədov baş vermiş bu cinayəti saat 8-00 da növbəni təhvil almış şəxsin üstünə atmaq istəyirlər. Ancaq yanğın saat 19-30 radələrində baş verib. Çünki yanğının çəkliş video, fotosu var və həmçinin yanğın barədə FHN-nin Yanğından Mühafizə Xidmətinə edilən zəng saatları var. 
Ucar rayonunun kəndlərində gecələr əhali yuxuda olan zaman qaz söndürülür, səhər tezdən qəfil verilir. Bu isə evlərin alışaraq yanmasına gətirib çıxara bilər ki, buna görə insanlar qorxu həyacan içində yaşayırlar.
Həmçinin rəis İkram Məhərrəmov abonentlərin evinə şişirdilimiş sərfiyat qəbzləri göndərib, əhalinin cibini soymaqla məşğuldur. Hansı ki, 1 ay ərzində sərfiyata görə 30 manat ödəyən şəxsin evinə 20 gün üçün 60 manat sərfiyyat qəbzi gəlib. Bu açıq aşkar talançılıqdır ki, İkram Məhərrəmov həyata keçirir.
Təmir adı ilə hər gün rayonda qazın verlişi dayandırlır. Ancaq heç bir təmir aparılmır. Bir küçədə və ya bir kənddə təmir gedirsə, bütün rayona qazın verlməsinin dayandırlması qanunsuzluqdur.
Rəis İkram Məhərrəmovun və Seymur Məmmədovun hərəkətləri rayon əhalisini  təcübləndirib.
Qaçqın və Məcburi köçkünlər üçün dövlət tərəfindən inşa edilib istifadəyə verilmiş mənzillərin satılması, bağışlanması və kirayə verilməsi qadağan olsa da, Ucar xidməti sahəsinin rəisi İkram Məhərrəmov və qəza xidmətinin rəisi Seymur Məmmədov Ucar rayonunda qaçqın  mənzilində kirayədə yaşayırlar.
Biz Ucar rayon sakinləri evlərimizin qazdan alışıb yanmasını istrəmirik. İkram Məhərrəmovla Seymur Məmmədovun hərəkətləri terrorçuların əməllərinə bənzəyir. Ucar rayon əhalisinin həyat və sağlamlığı ciddi təhlükə altındadır.
Hörmətli Prezident, hörmətli Mehriban xanım və cənab Ruslan Əliyev, sizdən xahiş edirik ki, müraciətimizdə göstərdiklərimizi yerində araşdırıb, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək qanunsuzluğa yol vermiş iki nəfərin evinin yanmasına səbəbkar olmuş, saxta qəbzlər tərtib edib insanların pulunu ələ keçirmiş, narkotik qəbul edən İkram Məhərrəmovun və Seymur Məmmədovun barəsidnə ciddi tədbirlər görülməsinə tapşırıq verəsiniz”.
Qeyd edək ki, məktub aşağıda adları sadalanan sakinlər tərəfindən göndərilib:
1. Purqafari Azər Ələsgər oğlu;
2. Ağalarov Nəsimi Akif oğlu;
3. Şirinov Raqif Ayaz oğlu;
4. Məmmədov Vilayət Mövsüm oğlu;
5. Əliyeva Zeynəb Nəbi qızı;
6. Salmanova Məhluqə Yasin qızı;
7.Məmmədova Nisə Dadaş qızı;
8. Tağıyeva Maisə Hüseyn qızı.


Muxalifet.az
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini  dərc etməyə hazırıq.