​UCARDA DƏHŞƏT: Kişi arvadını öldürdü, qayınanasını YARALADI

Baxış sayı:
7042

Ucar rayonunda qətl hadisəsi baş verib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, Şamil Fərzəliyev küçəsində rayon sakini 1970-ci il təvəllüdlü Arzu Xudat oğlu Tağiyev ailə münaqişəsi zəmnində həyat yoldaşı 1972-ci il təvəllüdlü Şəhla Tağıyeva və qayınanası Zivər Qaraş qızı Tağıyevaya küt alətlərlə baş nahiyyələrindən zərbələr endirib. 
Ağır zərbələr nəticəsində Ş.Tağıyeva dünyasını dəyişib, Z.Tağlyeva isə müxtəlif dərəcəli ağır xəsarətlər alıb. Yaralı yaxınları tərəfindən Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdılıb.Onun vəziyyəti ağır olduğu üçün Bakıdakı xəstəxanaların birinə göndərilib. 
Hadisəni törədən A.Tağıyev artıq saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı Ucar Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.