​Ucarda bacıdan xəstə qardaşına qarşı DƏHŞƏTLİ ƏMƏL: Zəncirləyib, podvala... - FOTO

Baxış sayı:
11644

Ucar rayonunda ruhi əsəb  xəstəsi  zəncirlənərək uzun müddət zirzəmidə  saxlanılıb.
Hadisə  rayonun  Qarabörk  kəndi  ərazisində  baş  verib. Əfşan  adlı  qız  qardaşı ruhi-əsəb  xəstəsi olan  İlyası uzun müddətdir evin zirzəmisində zəncirdə saxlayıb. Məlumata görə, İlyas uzun müddətdir ki, xəstəlikdən əziyyət çəkirmiş. Şahidlərin verdiyi məlumata görə, bacı dəmirdən ibarət qapının arxasında qardaşına yemək, su verirmiş. Həmin şəxsin uzun saqqalı, dırnaqları ətrafdakı insanları vahiməyə salıb. Əldə etdiyimiz məlumata görə, bacı-qardaşın valideynləri vəfat edib. Onların əlavə əjdər adında başqa bir qardaşı da var./Oxu24.com