UCAR SAKİNİ DƏLƏDUZLUQLA ÜZLƏŞİB – “3000 manat "Asseccbank" vasitəsi ilə pul göndərdik...”

Ucar rayon sakini, Firdovsi küçəsi ev 9-da yaşayan Novruzov Ələkbər  İslam oğlu dələduzluq faktı ilə üzləşib. Ə.Novruzov Muxalifet.az saytı vasitəsilə hüquq mühafizə orqanlarına  müraciət ünvanlayıb. Müraciətdə deyilir:
“Bakı şəhəri Nəsimi rayonu Pişəvəri küçəsi ev 21 sakini 08.10.1982-ci il tarixdə anadan olmuş Heydərov Azər Əliheydər oğlu bacısı Həsənova Günay Əliheydər qızı ilə qabaqcadan əlbir olaraq dələduzluq yolu ilə bizi aldadıb, əmlakımızı talan etmişlər. Bunu təsdiq edən konkret və mötəbər sübutlarımız var.
Belə ki, özümüzə məxsus lazer eplyasiya aparatını satmaq üçün internetdə elan vermişdik. Bakı sakinləri Heydərov Azər Əliheydər oğlu və onun bacısı Həsənova Günay Əliheydər qızı bizimlə telefon əlaqəsi saxlayıb, sövdələşib 2016-cı ilin fevral ayı tarixində həmin aparatı Ucar rayonuna gəlib 4000 (dörd min) manata aldılar. Aparatı hərtərəfli yoxlayıb aldılar. Eplyasiya aparatının üstündə onlara 1 ədəd quşetka, 1 ədəd fotoeplyasiya aparatı və 1 ədəd elektiri nizamlayıcısı verdik.
Bundan 3 ay sonra Azər Heydərov və bacısı Günay Həsənova bizə zəng edib həmin aparatı geri qaytarmaq istədiklərini bildirdikdə, biz razı olduq. Biz onlara 3000 manat "Asseccbank" vasitəsi ilə pul göndərdik. Ancaq aparatı vermədilər ki, qalan 1000 manatı da verəndən sonra aparatı qaytaracağıq. Həmin ərəfədə aparata müştəri çıxdı və buna görə biz Azər Heydərovla əlaqə saxlayıb bildirdik ki, aparatı gətirin, nəğd pula almaq istəyən var, satım qalan 1000 manatınızı götürün. Azər Heydərov bizə bildirdi ki, aparatı 800 manata satmışam. Biz onların bu dələduz əməllərinə etiraz etdikdə, bizə hədə-qorxu gəldilər, nalayıq sözlərlə təhqqir etdilər.
Bundan sonra bizə məlum oldu ki, bu bacı-qardaş qabaqcadan əlbir olub dələduzluq yolu ilə bizi aldadıb əmlakımızı ələ keçiriblər. Onların bu hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin tərkibini yaradır.
Sizdən çox-çox xahiş edirəm, qabaqcadan əlbir olub etibarımızdan sui-istifadə edərək bizi aldadıb, dələduzluq yolu ilə əmlakımızı talan etmiş Heydərov Azər Əliheydər oğlunun barəsində qanunu tədbirlər görəsiniz”.


Muxalifet.az

P.S. Qarşı tərəfi dinləməyə hazırıq.