Üç ölkəni birdən Türkiyə qorxusu sardı: TƏLAŞA DÜŞDÜLƏR

Baxış sayı:
2347

İsrailin baş naziri Benjamin Netanyahu bölgədə Türkiyə əleyhinə cəbhəni genişləndirmək istəyir. Netanyahu, keçən ay Qüdsdə Yunanıstan xarici işlər naziri Nikos Kotzias və Yunan Kiprinin xarici işlər naziri Nikos Christodoulidis ilə bir araya gəlib.
 
“Axios” internet xəbər saytının bildirdiyinə görə, İsrailin baş naziri iki xarici işlər nazirini, ABŞ-Türkiyə arasındakı gərginliyin qısa dövrdə sona çatmayacağını deyib və ortaq cəbhədə yer almaları üçün razı salmağa çalışıb. Netanyahu, ABŞ prezidenti Donald Trampın, Evangelistlərin tələbiylə, Türkiyə üzərində təzyiq qurmağa davam edəcəyini də bildirib.
 
ƏSİL DƏRDİ ŞƏRQİ AĞDƏNİZ
 
“Axios”-un iddiasına görə, Netanyahu Türkiyənin Şərqi Aralıq dənizində təbii qaz araşdırma işlərinə başlamasının onlar üçün bir təhdid meydana gətirdiyini vurğulayıb. İsrailin baş naziri, Yunan və Kipr xarici işlər nazirləriylə görüşündə Türkiyənin Rusiya istehsalı S-400 hava müdafiə sistemlərini satın almasından duyduğu narahatlığı da gizlətməyib. İsrail baş naziri iki nazirə Türk hava qüvvələri inventarına daxil ediləcək F-35 döyüş təyyarələri haqqında da əndişəsini çatdırıb.
Müxalifət.az