Üç gün sonra əsl qətliam üçün... - DƏHŞƏTLİ PLAN - VİDEO

Baxış sayı:
585

Mayın 26-da İngiltərənin “Liverpul” və İspaniyanın “Real” futbol komandaları Avropa qitəsinin ən nüfuzlu klub turniri olan Çempionlar Liqasının finalında qarşılaşacaqlar. Azarkeşlər bu futbol tamaşasını səbirsizliklə gözləyirlər. Amma xoşagəlməz sürprizlər də ola bilər. Söhbət son illərdə idman tədbirlərində tez-tez qarşılaşdığımız terror aktlarından gedir.
 
Məsələ bundadır ki, son illərdə dünyanın “bir nömrəli terror qruplaşması” sayılan İŞİD “Liverpul” və “Real”ın azarkeşlərini terror aktı ilə hədələyib.
 
İspaniya və İngiltərə ilə İŞİD-in düşmənçiliyi məlum məsələdir. Qruplaşmanın döyüşçüləri və tərəfdarları bu ölkələrdə bir neçə dəfə terror aktları həyata keçiriblər. Qərb mediasının yazdığına görə, İŞİD-çilər ispanlar və britaniyalıların arxasınca Kiyevə qədər gələ bilərlər.
 
“Biz orada olacağıq. İŞİD”
 
Mayın 19-da Britaniyanın tabloid “The Sun” nəşri öz məqaləsində İŞİD-in Kiyevdə terror aktı törətmək təhlükəsindən yazdı. Nəşrin məlumatına görə, terrorçular “Telegram” messencerində Ukrayna paytaxtında terror aktları törədəcəklərinə işarə olunan bir neçə poster yerləşdiriblər.


 
Onlardan birində “Olimpiya” stadionun fonunda İŞİD döyüşçüsü təsvir edilib. Şəkli mətni müşayiət edir: “Tezliklə Kiyevdə. Çempionlar Liqası. Kiyevdə islam dövləti”.
 
Nəşr bir neçə oxşar posterdən sonra futbol üzrə Rusiyada keçiriləcək Dünya Çempionatı xatırlanan təsviri verib.
 
“Dünya Çempionatı və Çempionlar Liqası. Biz orada olacağıq. İslam dövləti”, - posterdə yer alan mətndə deyilir.
 
Şəkillərdən başqa terrorçular terror aktlarını məhz necə keçirəcəklərini konkretləşdiriblər.
 
“Onlar bıçaqlı hücumları təşkil etmək və avtomobilləri güllələmək üçün “tək canavar”ları çağırırlar”, - “The Sun” yazıb.
 
Ekspertlərə istinadən nəşr xəbərdarlıq edir ki, Kiyevdə ehtimal edilən qanlı hadisələr Rusiyada dünya çempionatında daha genişmiqyaslı terror aktlarından əvvəl “bədənin açılışı”, yəni məşq ola bilər. Qeyd edək ki, Rusiyada futbol turniri 14 iyun-15 iyul tarixlərində keçiriləcək.


 
Xatırladaq ki, “Daily Mirror” nəşri bir neçə gün əvvəl ulduz futbolçular Lionel Messi (Argentina) və Kriştiano Ronaldonun (Portuqaliya) yaşıl meydanda İŞİD tərəfindən başları kəsilərkən düzəldilmiş fotolarını yayımlamışdı.
 
"Qaçan cihadçıların limanı"
 
Britaniya nəşri təhlükəni yüksək qiymətləndirir və Ukrayna ərazisini “yüzlərlə qaçmış cihadçı üçün liman” adlandırır.
 
“İŞİD-in Rusiya vətəndaşı olan təxminən 500 sabiq döyüşçüləri İraq və Suriyadan qaçıblar və Rusiyanın xüsusi xidmət orqanlarından gizlənirlər. Beyinləri yuyulan ekstremistlər Ukraynaya keçmək üçün sərhəddəki deşiklərdən istifadə edirlər”, - “The Sun” yazıb.
 
Nəşr qərb KİV-ində çoxdan səsləndirilən informasiyanı təkrarlayıb. Bir müddət əvvəl “Sky News” kanalının süjetində danışılırdı ki, qaçmış İŞİD döyüşçüləri korrupsiya yoluyla Ukrayna pasportunu alırlar. Bu pasportlar sonradan onlara asanlıqla biometrik analoqu rəsmiləşdirməyə və dünyanın yüzlərlə ölkəsinə vizasız çıxmağa imkan verir.
 
Kanalın süjetinə görə, Ukrayna pasportu iki min dollar başa gəlir və bu məbləğ İŞİD-in sabiq döyüşçüləri üçün elə də böyük məbləğ deyil.


 
“Beləliklə, Ukraynanın ərazisində terror aktlarının həyata keçirilməsi üçün cihadçılarda insan materialı var. Çünki, bunlar əsasən Çeçenistan və Dağıstandan gəlmələrdir. Onlar Ukrayna əhalisinin əksəriyyəti kimi rus dilində danışırlar”, - süjetdə deyilir.

 
Ukrayna xüsusi xidmət orqanlarının sükutu
 
Ukraynanın “Strana.ua” saytının yazdığına görə, təhlükəli informasiya Qərb KİV-ində 4 gün əvvəl dərc edilməsinə baxmayaraq, ölkənin təhlükəsizlik qurumları hələ ona reaksiya vermirlər.
 
“Mümkündür ki, informasiyanın mənbəyi tabloid, yəni “sarı mətbuat” hesab edilməsi onları utandırır. Ancaq, nəzərə alaq ki, xüsusi xidmət orqanları adətən, hətta telefonla anonim xəbərdarlıqları yoxlayır, o halda dünya mətbuatının səhifələrində dərc edilən açıq xəbərdarlıq reaksiya verməmək ən azından qəribədir. Lakin polis yorulmadan danışır ki, mayın 26-da gücləndirilmiş rejimdə Kiyevin mərkəzini qoruyacaq”, - sayt yazıb.
 
Daxili işlər nazirinin müavini Sergey Yarov söz verib ki, Kiyevin mərkəzini 12 min təhlükəsizlik əməkdaşı qoruyacaq. Onun sözlərinə görə, “Real” və “Liverpul”un azarkeşləri Kiyevin mərkəz üzrə polisin müşayiəti ilə hərəkət edəcəklər./publika.az/