​Üç azərbaycanlı qadına ÖMÜRLÜK HƏBS CƏZASI

Baxış sayı:
4876

Üç azərbaycanlı qadın İraqda ömürlük həbs cəzasına məhkum edilib
İraqın Mərkəzi Cinayət Məhkəməsi bu gün müxtəlif ölkələrdən, o cümlədən Azərbaycandan olan səkkiz qadını İŞİD terror qruplaşmasının fəaliyyətində iştirak etdiklərinə görə ömürlük həbs cəzasına məhkum edib.
Bu barədə Ali Məhkəmə Şurasının hakimi Abdel Səttar Beyrakdar məlumat verib.
Onun sözlərinə görə, terrorçu qadınların üçü Türkiyədən, üçü Azərbaycandan, biri Özbəkistandan, digəri isə Suriyadan olub.
O, həmçinin, qeyd edib ki, hökm terrorizmə qarşı mübarizə haqqında qanunun tələblərinə uyğun olaraq verilib./Report