“Təzə bazar”-ın təzə sahibi kimdir?

Paytaxtın “Təzə bazar” adlanan ticarət mərkəzi əl dəyişib.
 
Bu barədə “Ölkə.Az”-a “Təzə Bazar” MMC-dən məlumat verilib.
Məlumata görə, artıq “Təzə bazar” MMC-nin ləğvetmə prosesinin başlandığı elan edib.
“Təzə bazar” MMC-dən bildirilib ki, bazarın sahibi dəyişib:
“Bazarın yeni sahibi “FMC Group” şirkətidir. Bazar isə ləğv edilməyib. Əvvəlki kimi fəaliyyətini davam etdirəcək”.
 Xatırladaq ki, “Təzə bazar” 2000-ci ilin əvvəlində səhmləşmə yolu ilə özəlləşdirilib. Daha sonra isə Səhmdar Cəmiyyəti ləğv edilib, minoritarlar səhmlərini iri səhmdarlara satıb.