“Təyyarəni Rusiya vurub” – Hollandiyadan Moskvaya sensasion ittiham

2014-cü ildə Ukrayna səmasında Malayziyaya məxsus sərnişin təyyarəsinin vurulması ilə bağlı bu gün rəsmi detallar açıqlanıb.
Strateq.az TRT kanalına istinadən xəbər verir ki, Hollandiyalı istintaqçıların 2 il apardığı araşdırmanın nəticələri bu gün ictimaiyyətə bəyan edilib.
Bildirilib ki, içərisində 176 Hollandiya vətəndaşının olduğu təyyarə Rusiyadan gətirilən və Ukrayadakı Rusiya meylli qüvvələrin ələ keçirdiyi əraziyə bir günlük yerləşdirilən raket kompleksi il lə vurulub:
"İstinaqın gəldiyi ən ilginc nöqtə isə təyyarəni vuran raket kompleksinin Rusiya Hava Qoşunlarının 53-cü hava dviziyasına məxsus olan raketlə vurulmasının rəsmən elan edilməsidir. İstintaq bəyan edir ki, təyyarə vurulduqdan sonra ruslar həmin kompleksi tələsik Ukrayna ərazisinə keçiriərək, bir gün orada saxlayıblar. Və sonra həmin kompleksi geri aparıblar".
Maraqlıdır ki, 2 illik istintaq dövründə dəfələrlə Rusiyanın və Donetskidəki separatçı qüvvələrin adı bu olayda hallansa da, rəsmən bu barədə hər hansı açıqlama verilməmişdi. İstintaqın bu gün elan etdiyi rəsmi ittihamdan sonra, Hollandiyanın baş nazirinin də axşam xüsusi açıqlama verəcəyi gözlənilir.
Rəsmi Moskva istintaq materialının yayılmasından dərhal sonra təkzib bəyanatı yayıb.
Bəyanatda "istintaq qrupunun yaydığı məlumat həqiqəti əks etdirimir", – deyə, bildirilib.