Təyyarə qəzaya uğradı - 10 nəfər öldü

Baxış sayı:
8668

ABŞ-ın Texas ştatında iki mühərrikli təyyarəsin qəzaya uğraması nəticəsində 10 nəfər həlak olub. Unikal.org xəbər verir ki, bu barədə yerli telekanal CBS DFW xəbər verib. Məlumata əsasən, hadisə Dallas dairəsinin Eddison şəhərində baş verib. Qeyd edilir ki, təyyarə hava limanının anqarına çırpılıb. Bunda sonra təyyarə alovlanaraq məhv olunub. Deyilir ki, təyyarədə olan insanlardan heç biri sağ qalmayıb.