​Təyyarə pilotu sərnişinləri gözləmədən havaya qalxdı

"Eurowings" aviaşirkətinin pilotu 90 sərnişini gözləmədən təyyarəni havaya qaldırıb. ANS PRESS-in məlumatına görə, Düsseldorf hava limanından havaya qalxan pilotun"unutqanlığını" aviaşirkət nümayəndəsi şəhərdə gecə uçuşlarına tətbiq olunan qadağa ilə izah edib.
Drezdenə uçan təyyarənin pilotu onlarla sərnişini gözləmədən hava limanını tərk edib. Sərnişinləri təyyarətə iki avtobusla gətiriblər, ilk avtobusda olanlar müvəffəqiyyətlə təyyarəyə minə biliblər.
"O (pilot - red.) Drezdenə heç olmasa sərnişinlərin yarısını çatdırmaq üçün tez uçub" - deyə "Eurowings"in nümayəndəsi "Rheinische Post" qəzetinə bildirib. Digər nümayəndənin sözlərinə görə isə, 21:49 uçuşa hazır olmayan təyyarələrə havaya qalxmaq qadağandır.
Qəzetin məlumatında görə, təyyarənin uçuşu 2 saat gecikib - uçuş saat yerli vaxtla saat 19:05-ə planlaşdırılıb.