Təyyarə ilə selfi faciəyə səbəb oldu

Baxış sayı:
304

Növbəti dəfə ekstremal şəraitdə selfi faciəyə səbəb olub. Meksikanın iki sakini enişə hazırlaşan təyyarə ilə selfi etmək istəyərkən ölüblər.
Bununla bağlı “Proseco” nəşri məlumat yayıb.
Prokurorluqdan verilən məlumata görə, enişdə olan təyyarənin qanadı Çinapas şəhərindən olan 17 və 18 yaşlı qızların başına dəyib. Pilot bildirib ki, qızları görsə də, faciənin qarşısını ala bilməyib.
Faktla bağlı araşdırmalar aparılır.