Təxribatçılar Əl Baba sızdılar! BÖYÜK TƏHLÜKƏ

Baxış sayı:
5932

PKK və Əsəd casusları Əl Babda xalqı təxribata sürükləyir. Cümə axşamından bu yana 7 nəfərin öldüyü, 35 nəfərin yaralandığı hadisələrə diqqət çəkən Cerablus bələdiyyə məclis üzvü Doktor Əhməd Mahli, "Hadisələr, PKK casusları, Suriya kəşfiyyatı və fərqli ölkə xüsusi xidmətlərinin təhrikilə baş verir" - deyib.
 
Türkiyənin terrordan təmizlədiyi Əl Babda dinc əhali təxribata çəkilir. Bölgəyə sızan PKK və Əsəd casusları xalqı Türkiyəyə qarşı qaldırmaq istəyir. Türkiyənin Afrindən sonra Münbiç, Tel Abyat, Sincar, Qəndil və Hasekədə olan terror ünsürlərinə qarşı əməliyyat keçirmək istəyi, “Fərat Qalxanı” və Afrin bölgəsinə yönəlik təxribatların əsası kimi göstərilir.
 
REGİONDA XAOS İSTƏYİRLƏR
 
Cümə gecəsi başlayan küçə hadisələrinin arxa planına dair açıqlama verən Əhməd Mahli, iki gün davam edən hadisələrdə 7 nəfərin öldüyünü, 35 nəfərin də yaralandığını söyləyib. Şəhər əhalisini təxribata çəkməyə çalışan təxribatçıların Türk əsgərini xüsusilə hədəf göstərməyə çalışdığını qeyd edən Mahli, qaranlıq mərkəzlər regionda xaos istəyir və bu məqsəd istiqamətində səy göstərirlər" deyib.
 
XALQI QICIQLANDIRIRLAR
 
Regionda baş verən hadisələri izah edən Əhməd Mahli bunları qeyd edib: "Regionda fəal qruplardan Liva əl Həmzə qrupunun rəhbəri Seyf Əbu Bəkrin qardaşı Məhəmməd Polad Cümə günü bir qrup silahlı ilə şəhər xəstəxanasına hücum edib. Xalq müqavimət göstərdi deyə, Seyf Əbubəkr qardaşını təslim etmək məcburiyyətində qaldı. Həmin gün Əl Vaki ailəsi ilə Əhrar Şarkiyə qrupu arasında toqquşma başlayıb".
 
TƏHRİKÇİLƏR SAHƏDƏ
 
Əhməd Mahli, ağır silahların istifadə edildiyi qarşıdurmalar səbəbiylə Əl Babın yenidən müharibə atmosferinə döndüğunu deyib. Cerablus Bələdiyyə Məclis üzvü Əhməd Mahli də "Təxribat, bölgəyə sızdırılan PKK casusları, Suriya Kəşfiyyatı və fərqli ölkə xüsusi xidmət orqanlarının təhrikilə baş verdi" - deyib.
Müxalifət.az