Təxribatçı casuslar Türkiyəyə gəlir

Baxış sayı:
5806

Türkiyədə hər seçkidən əvvəl olduğu kimi, yaxınlaşan yerli seçkilər öncəsində də bir qrup seçilmiş təxribatçı casuslar Türkiyəyə gəlir.
 
Təxribatçıların hədəfi görüşəcəkləri terror təşkilatı PKK və uzantılarının Türkiyəyə əleyhinə fikirlərini dilə gətirməkdir. 31 mart yerli seçkiləri və TSQ-nin başda Münbiç və Fəratın şərqindəki terror təşkilatlarını təmizləmək üçün keçirəcəyi hərəkatdan öncə ABŞ və Qərbli bir qrup təxribatçı Türkiyəyə gəlir. Sözdə ABŞ-lı fəlsəfə üzrə təhsil alan tələbə Connor Hayes, İngilis sendikacı Tony Burke, İngilis yazar Con Hunt, İngilis fotoşəkil sənətçisi və rejissor Conathan Spaull, İngilis sendikacı Manuel Cortes, Argentinalı iqtisadçı və insan hüquqları aktivisti Beverly Ann Keene, İngilis hüquqşünas Paul Scholey, İngilis aktrisa Maxine Peake, İslandiyalı tarixçi Ögmundur Jonassondan ibarət 13 nəfərlik qrup 11-16 fevral tarixlərində Türkiyəyə gələcək.
 
Terror uzantıları ilə görüşəcəklər
 
Məqsədlərinin nə olduğu açıqlamayan qrupun İmralıda məhbus olan terrorçubaşı Öcalanla görüşmək istəməsi niyyətlərini ortaya qoyur. Özlərini sözdə "Beynəlxalq Sülh heyəti" etiketi ilə təqdim edən qrupun görüş siyahısında terror təşkilatı PKK-nın siyasi və mülki uzantıları ilə, bunların dəstəkçiləri var. Qrup təşkilatın Türkiyədəki uzantıları ilə görüşdükdən sonra PKK-nın Suriya davamı qrupla da görüşmək üçün Suriyaya keçərək Fərat çayının şərqindəki terror təşkilatı PKK / PYD-lilərlə görüş keçirəcək. Təxribatçılar danışıqların rəsmiyyət qazanması üçün Ədliyyə Nazirliyinə müraciət etdiklərini açıqlayıblar. Qrupun iki üzvü Ögmundur və Connor Türkiyəyə gəlmədən Avropadakı terror təşkilatı uzantılarının aksiyalarına qatılacaqları və dəstək verəcəkləri bildirilir.
 
Məqsəd Türkiyəni qaralamaqdır
 
Həbsxanadakı terrorçubaşı ilə görüşməyə çalışan qrupun məqsədinin açıqca terror təbliğatı olduğu görüşəcəkləri siyasi partiya və qeyri-hökumət təşkilatlarının (QHT) siyahısından da bəlli olur. Bu siyahıda yer alan bütün siyasi təşkilat və QHT-lər PKK ilə bibaşa, ya da dolayısı ilə əlaqəsi olan təşkilatlardır.
Qrupun Türkiyədə edəcəkləri təxribatlardan sonra da Suriyaya keçmələri gözlənilir. Burada da bir sıra görüşlə keçirəcək olan qrupun sonda Türkiyənin Münbiç və Fəratın şərqinə keçirmək istədiyi hərbi hərəkatın əleyhinə çıxış edəcəkləri bildirilir.
Müxalifət.az