Təxminən 1 milyon insan təxliyə ediləcək – Fəlakət yaxınlaşır

Baxış sayı:
4633

Hindistan gözlənilən qasırğa təhlükəsi üzündən 800 min nəfəri təxliyə etmək üçün hərəkətə keçib.
 
Hindistan ölkənin şərqindəki sahil zonasında qasırğanın səbəb olduğu torpaq sürüşməsi təhlükəsi üzündən bu bölgədə yaşayan təxminən 800 min nəfəri təxliyə etməyi planlaşdırır.
Bu şəxslər daha etibarlı bölgələrdəki məktəblərə və təbii fəlakətlər üçün hazırlanan sığınacaqlara yerləşdiriləcək.
Rəsmi şəxslər qatar, avtobus və katerlərlə çox sayda insanı ən qısa zamanda zonadan təxliyə etmək üçün hərəkətə keçib.
Həddindən artıq yağan yağışların cənubdakı Odisha əyalətində də həyat şəraitlərinə mənfi təsir göstərməsi gözlənilir.
Dövlət Meteorologiya İdarəsi cümə günü küləyin sürətinin saatda 200 kilometrə çatacağı xəbərdarlığını edib.
Bu arada qərbdəki Benqal və Odisha əyalətlərini ziyarət etmək istəyən turistlərə də bu ərazilərdən uzaq dayanmaq tövsiyə edilib.
Müxalifət.az