​Tvitterdən "Sputnik" və RT-yə qadağa

Tvitter sosial şəbəkəsi RT (Raşn Tudey) və sputnik agentliklərindən gələn reklamları ləğv etmək barədə qərar qəbul edib.
Muxalifet.az xəbər verir ki, qərara səbəb kimi Rusiya hökumətinin sözügedən agentliklərlə birlikdə 2016-ci ildə baş tutan ABŞ-dakı prezident seçkilərinə müdaxilə etməsi göstərilib.
“ABŞ kəşfiyyatının və bizim apardığımız araşdırmalar nəticəsində Sputnik və RT-nin ABŞ-da 2016-cı ildə keçirilən prezident seçkilərinə müdaxilə etdiyi bəlli oldu. Qərarı asanlıqla vermədik. Biz digər istifadəçilərimizin də təhlükəsizliyini təmin etmək məcburiyyətindəyik”, - açıqlamada bildirib.