​TUSK: Polşa Kremlin planlarını icra edir

Rəsmi Varşavanın Kiyevə qarşı siyasəti bizi narahat edir.
Axar.az xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində Avropa Şurasının rəhbəri və Polşanın keşmiş baş naziri Donald Tusk paylaşıb.
“Ukrayna ilə sərt mübahisə, Avropa Birliyindən təcridolunma, hüququn üstünlüyündən imtina edib, özəl sektor və azad KİV-ə təzyiq hakim Haqq və Ədalət Partiyası, yoxsa Kremlin planıdır? Bir-birinə bənzər görünürlər”, – deyə o bildirib.
Qeyd edək ki, bundan öncə bəzi tarixi məsələlər ucbatından Polşa-Ukrayna münasibətləri korlanmışdı. Varşava Kiyevi ukraynalı faşistləri qəhrəmanlaşdırmaqda ittiham edir.