Türkoğludan amerikalılara xəbərdarlıq: FETÖ təbliğatı…

Baxış sayı:
5440

Amerikanın Milli Basketbol Assosiasiyasının (NBA) müntəzəm çempionatında çıxış edən Enes Kanter bu platformadan FETÖ təbliğatı üçün istifadə edir.
Muxalifet.az xəbər verir ki, bu sözləri Türkiyə Basketbol Federasiyasının sədri Hidayət Türkoğlu deyib.
“Enes Kanter terrorçu bir lideri açıq şəkildə dəstəklədiyini bildirir. Terror qruplaşmalarının dəstəkçilərinə mesaj göndərmərəm. Amerikalı dostlarıma yeganə demək istədiyim diqqətli olmalarıdır. Türkiyənin Kanter və terrorçu Gülən barədə mövqeyinin bilinməsini istəyirəm”, - Türkoğlu bildirib.